Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:06

Britaniya Assangenin ölkədən çixmasına imkan verməyəcək


Böyük Britaniyanın xarici işlər naziri William Hague bildirib ki, onun ölkəsi WikiLeaksin banisi Julian Assangenin ölkədən çıxmasına imkan verməyəcək və onun İsveçə verilməsində tam qərarlıdır.

Nazir qeyd edib ki, Ekvadorun Assangeyə siyasi sığınacaq verməsindən onun məhkəmədən qaçmasında bir vasitə kimi istifadə olunmamalıdır.

Ekvador Britaniyada ev dustağı olan və iyunun sonlarında bu ölkənin Londondakı səfirliyindən sığınacaq istəyən Assangeyə cümə axşamı sıyasi sığınacaq verib.

Ekvadorun xarici işlər naziri Ricardo Patino jurnalistlərə açıqlamasında deyib ki, qərar beynəlxalq normalar və BMT-nin konvensiyasına uyğun olaraq qəbul edilib.

Assange İsveçdə seksual zorakılıqda ittiham olunur.

Böyük Britaniya onun İsveç hökumətinə verilməsini istəyir.

Amma Assange hesab edir ki, o sonda Birləşmiş Ştatlara verilə bilər.

WikiLeaks saytının ABŞ barədə minlərlə məxfi sənədlər yayması dünyada böyük qalmaqala səbəb olub.

Assange ona qarşı irəli sürülmüş ittihamların siyasi motivli olduğunu deyir.
XS
SM
MD
LG