Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:32

Neftçilər prospekti bağlanır


Bu gecə saat 00.00-dan Bakının Neftçilər prospektində avtomobillərin hərəkəti tamamilə dayandırılacaq.

Bu barədə APA-ya “Azəryolservis” ASC-in mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, Neftçilər prospektinə avtomobillərin hərəkəti üç istiqamətdən - Azneft dairəsi, Əziz Əliyev küçəsi və Muzey Mərkəzi tərəfindən dayandırılacaq.

Bunun təmirlə bağlı olduğunu deyən Mürsəliyev sürücülərə alternativ yollardan istifadə etməyi təklif edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG