Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:16

Məhkəmə Timoşenkonun şikayətinə baxılması barədə qərar verib


Ukraynanın xüsusi məhkəməsi keçmiş baş nazir Yuliya Timoşenkonun kassasiya şikayətinə baxılmasını davam etdirəcək.

Məhkəmə cümə axşamı Timoşenkonun iştirakı olmadan belə bir qərar çıxarıb.

Söhbət 2009-cu ildə Rusiya ilə qaz müqaviləsi imzalanarkən keçmiş baş nazirin səlahiyyətlərini aşmasından gedir.

Timoşenko hazırda bu ittihamla 7 illik həbs cəzası çəkir.

Ona qarşı həmçinin bir sıra əlavə ittihamlar irəli sürülüb.
XS
SM
MD
LG