Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:04

Ekvador Julian Assange'a siyasi sığınacaq verdi [Video]


Ekvador Julian Annage`a siyasi sığınacaq verdi
Gözlə

No media source currently available

0:00 0:00:40 0:00

Akvador Julian Annage`a siyasi sığınacaq verdi

-
Ekvador bəyan edib ki, WikiLeaks saytının yaradıcısı Julian Assange`a siyasi sığınacaq verir.

Paytaxt Kuitoda mətbuat konfransı keçirən Ekvadorun xarici işlər naziri Ricardo Patino deyib ki, sığınacaq verilməsinin səbəbi onların cənab Assange`ın təhlükəsizliyi ilə bağlı narahatlıq keçirmələridir.

Assange Londondakı Ekvador səfirliyinə sığınıb. Britaniya onu həbs edib İsveçə təhvil vermək istəyir.

Onu İsveçdə zorlamada ittiham edirlər. Assange isə deyir ki, Amerikanın məxfi diplomatik sənədlərini yaydığı üçün onu bu yolla susdurmaq istəyirlər.

Ekvadorun xarici işlər naziri Patino deyib:

“Ekvador hökuməti onun ərazisində və səfirliklərində sığınacaq axtaran insanlara kömək etmək ənənələrinə sadiqdir və Assange-a siyasi sığınacaq verir”.

Assange ehtiyat edir ki, İsveç onu Amerikaya təhvil verəcək

ABŞ-da isə onu casusluq ittihamı ilə uzunmüddətli həbsə sala bilərlər. Assange ABŞ hökumətindən sızmış məxfi sənədləri 2010-cu ildə yayıb. Amerika hökuməti deyir ki, məxfi sənədlərin açıqlanması ona və onun üçün işləyən bəzi diplomatlara və informasiya verən yerli sakinlərə zərbə vurub.

Məsələn, Ekvadorla bağlı məxfi sənədin çapından sonra prezident Rafael Correa Amerika səfirini ölkədən qovmuşdu.

Həmin sənədə görə, səfir Ekvadorun daxili işlər nazirinin rüşvətxor olduğunu, Correa-nın bundan xəbəri olsa da, tədbir görmədiyini deyib.

Ekvadorun xarici işlər naziri Patino bildirib ki, Assange Isveçə verilsə, məhkəməsi ədalətli olmaya, barəsində siyasi motivli qərar çıxarıla bilər.

Patino deyib ki, Ekvador hökuməti bu addımı ifadə azadlığını müdafiə etmək üçün atıb.

Nazir Britaniyanın Ekvadoru hədələməsinə də münasibət bildirib

Ricardo Patino Kutioda mətbuat konfransında danışır, 16 avqust, 2012
Ricardo Patino Kutioda mətbuat konfransında danışır, 16 avqust, 2012
Onun sözlərinə görə, Britaniya onlara Assange verilməsə, Londondakı Ekvador səfirliyinə hücum ediləcəyi barədə xəbərdarlıq edib.

Patino deyir ki, 1961-ci ilin Vyana konvensiyasına görə, dövlətlər onların ərazisindəki səfirlikləri qorumalıdırlar, diplomatik nümayəndəliklərə müdaxilə edilə, onların işi pozula bilməz.

Britaniya isə bildirib ki, Assange-a sığınacaq verilməsi heç nəyi dəyişməyəcək və Britaniyanın onu İsveçə təhvil verməklə bağlı hüquqi öhdəliyi var.

Isveç isə Assange üzərində məhkəmənin ədalətli olmayacağı barədə təxminləri rədd edib.

Isveçin xarici işlər naziri Carl Bildt öz Twitter hesabında yazıb ki, “bizim güclü hüquqi və konstitusional sistemimiz hər bir kəsin haqlarına təminat verir”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG