Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:09

Tofiq Bəhramov adına Respublika Stadionunun açılışı olub


Avqustun 16-da prezident İlham Əliyev Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. Məlumatı prezidentin rəsmi saytı yayıb.

Stadionun 85 min 700 kvadratmetr ərazisində əsaslı təmir və yenidənqurma işlərini Koreyanın «Samhwa Telecom» şirkəti həyata keçirib. Oturacaqlarının sayı 29 min 870-dən 31 min 200-ə çatdırılan stadionun ot örtüklü futbol meydançası FİFA standartlarına uyğunlaşdırılıb.

Tribunada hər biri 10 nəfərlik 16 «ailə baxış otağı» da inşa edilib. Üst hissəsində böyük monitorun quraşdırıldığı tribunada mətbuat nümayəndələri üçün lazımi avadanlıqla təchiz edilmiş 500 nəfərlik xüsusi oturacaqlar qurulub.

Stadionun VİP binası və tribunası da əsaslı surətdə yenidən qurulub. Burada, həmçinin Türkiyə istehsalı olan mebellərlə təchiz edilmiş 205 nəfərlik restoran yaradılıb.
XS
SM
MD
LG