Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:57

İraqda törədilmiş hücumlarda azı 20 adam ölüb


Bu gün İraqda törədilmilş hücum və partlayışlarda 20-dən çox adam ölüb, onlarla adam isə yaralanıb.

Hücumlar Bağdad, Kərkük, Tac, Bakuba, əl Fəllucə və digər şəhərlərdə törədilib.

Təkcə Bağdadda minalanmış maşının partladılması nəticəsində 6 adam ölüb, 28 nəfər isə yaralanıb.

Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Ramazan ayına görə ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib.
XS
SM
MD
LG