Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:17

Riсhard Morningstar iki həftəyə Bakıya gəlir


ABŞ-ın Azərbaycana yeni təyin etdiyi səfiri Riсhard Morningstar qarşıdakı iki həftə ərzində Bakıya gələcək.

Bu barədə səfir özü «Turan»ın Vaşinqton müxbirinə bildirib.

Çərşənbə günü diplomat ABŞ-Azərbaycan Ticarət Palatasında çıxış edib. Bu, onun yeni vəzifədə qatıldığı ilk ictimai tədbirdir.

Səfirlə söhbətə yerli amerikalılar, azərbaycanlılar və region üzrə çalışan təhlilçilər gəliblər.

Görüş və səfirin çıxışı mətbuat üçün qapalı keçirilib.
XS
SM
MD
LG