Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:56

Dəmir yolları gücləndirilmiş iş rejiminə keçib


«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları departamentinin kollektivi qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar gucləndirilmiş iş rejiminə keçib.

QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına əlavə vaqonlar qoşulacaq.

«Azərbaycan Dəmir Yolları» bildirir ki, sərnişin qatarlarına 10 gün qabaqcadan bilet satışı həyata keçirilir. Əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.
XS
SM
MD
LG