Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:31

Abituriyentlərin 10 faizdən çoxu universitetlərə buraxılmaya bilərlər


BDU-nun yeni binası

BDU-nun yeni binası

2012-2013-cü tədris ili üçün Azərbaycanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlərin təxminən 10 faizdən artığı hələ ixtisas seçimini aparmayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə bildirib ki, ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq. Həmin vaxtadək ixtisas seçiminə buraxılmış bütün abituriyentlər ixtisas seçimi etməli və mütləq «Abituriyentin elektron ixtisas seçimi ərizəsi»ni təsdiqləməlidirlər. Ərizələrini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak etmək hüququnu itirirlər.

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını «Abituriyentin elektron ixtisas seçimi ərizəsi»nə daxil edirlər.

Nağızadə bildirib ki, ixtisas seçimi etmək hüququ qazanan 40 min abituriyentin indiyədək 35 576-i abituriyent ixtisas seçimi ərizəsini təsdiq edib. Onların 30 950-I Azərbaycan, 4626-I rus bölməsi üzrədir. İxtisas seçimi ərizələrini təsdiqlədən abituriyentlərin 10 787-i I, 11 445-i II, 9629-u III, 3715-I IV ixtisas qrupuna sənəd verib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG