Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:06

Suriya hərbi hava qüvvələri Azaz şəhərini bombalayıb, ölənlər var


Suriya hərbi hava qüvvələrinin ölkənin şimalındakı Azaz şəhərini bombalaması nəticəsində azı 20 adam ölüb.

Bu barədə Suriya müxalifəti xəbər verir.

Üsyançıların məlumatına görə, onların əlində olan 7 livanlı girov yaralanıb, 4-nününsə taleyi bəlli deyil.

Azaz şəhəri Türkiyə sərhəddinin yaxınlığında yerləşir.

Həmçinin bu gün Suriyanın paytaxtı Dəməşqdə üsyançılarla hökumıt qoşunları arasında toqquşma olub.

Dövlət informasiya agentlikləri və müxalifət fəalları bir neçə üsyançının öldürüldüyünü və həbs edildiyini xəbər verirlər.

Müxalifət fəalları bu gün şəhərin bir neçə rayonunda partlayış baş verdiyini deyirlər.

Birləşmiş Ştatların müdafiə naziri Leon Panetta bu arada İranı Suriya rejimini dəstəkləməkdə ittiham edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG