Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:55

Naxçıvanda iribuynuzlu heyvanların sayı artır


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 19 may 2012. sayı: 93 (20.498)


«ŞƏHƏR SU TƏCHİZATI VƏ KANALİZASİYA» LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ İŞLƏR SÜRƏTLƏ APARILIR

...Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən aldığımız məlumata görə, layihəyə əsasən, 2.88 kilometr uzunluğunda suqəbuledici qurğunun, Babək rayonunun Şıxmahmud kəndi ərazisində həmçinin 2-si 10000 və 1-i 5000 kubmetr olan su anbarlarının tikintisi, suqəbuledicidən su anbarlarına qədər diametri 820 millimetrlik, uzunluğu 6.35 kilometr olan boru xəttinin, su anbarlarından Naxçıvan şəhərinə qədər diametri 720 millimetr, uzunluğu 7.5 kilometr olan qoşa boru xətlərinin çəkilişləri, 56 kilometr uzunluğunda kanalizasiya, 59.5 kilometr su xətlərinin tikintisi başa çatdırılmışdır. Qeyd edək ki, Naxçıvan şəhərdaxili kanalizasiya şəbəkəsinin uzunluğu 195 kilometr, su şəbəkəsinin uzunluğu 222 kilometrdir. Ümumi ev birləşmələrinin sayı isə 17 min 81 ədəddir ki, bunun da 10 min 100-ü quraşdırılmışdır.

CARİ İLİN BİRİNCİ RÜBÜNÜN SOSİAL – İQTİSADİ GÖSTƏRİCİLƏRİ ŞƏRUR RAYONUNUN DİNAMİK İNKİŞAFINDAN SORAQ VERİR

...Şərurun iqtisadi həyatının əsasını kənd təsərrüfatı təşkil edir. 2012-ci ilin məhsulu üçün payızda 7422 hektar sahədə taxıl səpini aparılmışdır ki, bunun da 7310 hektarını buğda təşkil edir. 735 hektarda kartof, 1536 hektarda tərəvəz, 425 hektarda bostan bitkiləri, 260 hektar sahədə arpa, 536 hektarda dən qarğıdalı, 484 hektarda paxlalılar, 2980 hektarda yem bitkiləri əkilmişdir.

Rayonda meyvəçilik də sürətlə inkişaf etdirilir. Bağların sahəsi 982.5 hektara çatdırılmışdır. Təkcə ötən il ağaclardan 17 min 717 ton meyvə dərilmişdir. Şərurlular 2012-ci ildə bu rəqəmi 20 min tona çatdırmaq əzmindədirlər.

Şərurda ilin ilk üç ayı ərzində həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların baş sayı, eləcə də arı ailələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artmışdır. 3 ayda 5865 ton ət, 25 min 690 ton süd, 175.6 ton yun, 19 milyon 860 min yumurta istehsal edilmişdir.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Şahbuzda meyvə bağlarının sayı genişləndirilir
- Torpaq mülkiyyətçilərinə keyfiyyətli aqroservis xidməti göstərilir
- Müasir təhsil ocaqlarının sayı artır
XS
SM
MD
LG