Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:43

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlanır


Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu avqustun 19-dan 23-dək aparılacaq. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) məlumat verib.

Orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə orta ixtisas məktəblərinin ixtisasları ilə yanaşı, ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslarının da kodlarını göstərə bilərlər.

İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət sifarişi əsasında (dövlət hesabına) və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu seçə bilər.

Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

Bu il 11 illik təhsil bazasından 54 orta ixtisas təhsili müəssisəsində 8727 plan yeri ayrılıb. Onlardan 7174-si Azərbaycan bölməsi, 36 yer isə Rus bölməsinin abituriyentləri üçün, 1517 plan yerinə isə Azərbaycan və rus bölməsinin abituriyentləri üçün birgə müsabiqə keçiriləcək.
XS
SM
MD
LG