Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:06

Bakıda İnternetin İdarə Olunması Forumu keçiriləcək


Bu ilin noyabrın 6-9-da Bakıda İnternetin İdarə Olunması üzrə Beynəlxalq Forum keçiriləcək. Forumda rəqəmli texnologiyalar, qanunun aliliyi və İnternetdə müəllif hüquqlarının qorunması, internetin vətəndaş üçün universal xidmətə çevrilməsi və s. məsələlərin müzakirəyə çıxarılması gözlənilir.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, internet sahəsində böyük təcrübəyə malik ölkələrin nümayəndələri Bakıya toplaşacaq, ona görə də forumun Azərbaycan internetinin inkişafına xeyli töhfəsi olacaq:

«Azərbaycanda milli internet ünvanlarının qeydiyyatının tənzimlənməsi ilə bağlı ciddi problemlər var. Yəni burda inhisarçılıq var, şəffaflıq yoxdur, onlayn qeydiyyat yoxdur, vətəndaş cəmiyyəti orda iştirak etmir, beynəlxalq normalara əməl olunmur və s. Bu sahədə böyük təcrübəsi olan ölkələr var. Burda bir diskussiya aparıla bilər ki, bunu biz necə normallaşdıra bilərik. Bu cür forumlar bir qərar qəbul edib nəyisə dərhal etmir, bu, boş müstəvidir, maraqlı tərəflərin, təcrübəli və təcrübəsiz tərəflərin iştirak edib diskussiya aparmasına şərait yaradan mexanizmdir».

İnternetin İdarə Olunması üzrə Beynəlxalq Forumunun noyabrda rəsmi qurumları, tanınmış şirkətlərdən ekspertləri, QHT rəhbərlərini və xarici media nümayəndələrini bir araya gətirəcəyi gözlənilir.

Forum 2005-ci ildən mütəmadi keçirilməyə başlanıb. Bakıdan əvvəl forum Afina, Rio de Janeyro, Heydərabad, Şarm el Şeyx, Vilnüs və Nairobidə baş tutub.

Günün bütün mövzuları

XS
SM
MD
LG