Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:31
İrana və İrandan yük daşıyan maşınların azalması müşahidə olunur.

Bu barədə AzadlıqRadiosuna Astara yük terminalın direktor müavini Rafael Abdullayev məlumat verib.

Onun fikrincə, buna səbəb İranla Azərbaycan arasında viza rejiminin bərpası, Təbrizdə zəlzələnin baş verməsi və İrana embarqonun tətbiqi məsələləridir.

Rafael Abdullayev deyir ki, ötən il bu vaxtları gün ərzində İrandan 100-150 yük maşını gələrdi, indi bu rəqəm 45-50-yə enib.

İranla Azərbaycan arasında sərbəst viza rejimi 31 avqusta kimi təxirə salınıb. Bu müddət ərzində İrana səfər etmək istəyən vətəndaşlar İran səfirliyindən viza almalıdırlar. Viza üçün rüsum tələb olunmur.

2010-cu il fevralın 1-dən İran Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG