Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:01

Azərbaycan iqtisadiyyatı 7 ayda 1,6 faiz artıb


Azərbaycan iqtisadiyyatı bu ilin 7 ayı ərzində 1,6 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, ölkənin qeyri-neft sektoru isə ötən ildən 10,5 faiz artıb. Neftin qiyməti isə qlobal artımın zəifləməsi səbəbindən 5,8 faiz azalıb.

Azərbaycanın neft hasilatı da 10 faiz azaldığından iqtisadiyyatda elə də böyük artım olmayıb. Yalnız digər sənaye sahələri, xüsusilə tikinti hesabına artım olub.

Yanvar ayından iyul ayına qədər inflyasiya iki faiz olub.

Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında Rusiya və Qazaxıstandan sonra üçüncü böyük neft hasilatçısıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG