Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:27

Abituriyentlərin ixtisas seçimi başa çatır


Azərbaycanın ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən, müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi avqustun 16-sı saat 00:00-da başa çatacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün saat 10:00-dək həmin abituriyentlərdən 34081 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib. Onlardan 29667-si Azərbaycan, 4414-ü rus bölməsi üzrədir. İ qrup üzrə 10416, II qrup üzrə 10774, III qrup üzrə 9289, IV qrup üzrə 3602 nəfər öz ixtisas seçimini edib.

Sabah göstərilən vaxta qədər ixtisas seçiminə buraxılmış bütün abituriyentlər ixtisas seçimi etməli və mütləq «Abituriyentin elektron ixtisas seçimi ərizəsi»ni təsdiqləməlidirlər. Ərizələrini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak etmək hüququnu itirirlər.

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını «Abituriyentin elektron ixtisas seçimi ərizəsi»nə daxil edirlər.
XS
SM
MD
LG