Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:24

Xaricdə təhsil almaq istəyən azərbaycanlı gənclər üçün yeni xəbər


Azərbaycan Təhsil Nazirliyi «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil almaq istəyən gənclər üçün sənəd qəbulunun müddətini uzadıb.

Bu barədə Trend-ə Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Tamilla Əliyeva deyib.

Onun sözlərinə görə, sənəd qəbulu üçün son müddət avqustun 15-i olsa da, nazirlik bu tarixi avqustun 28-dək uzadıb.

Müsabiqədə iştirak üçün sənəd qəbuluna mayın 1-dən başlanılıb.

Müsabiqədə orta və ali məktəbdə təhsil aldığı dövrdə yüksək nailiyyətlər əldə etmiş Azərbaycan Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə təsdiq edilmiş «Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim qaydaları»na və Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın 23 saylı, 03.04.2012-ci il tarixli sərəncamı ilə təsdiq olunan «Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı»na uyğun olaraq xarici ölkələrin ali məktəblərində təhsil alan və ya şərtsiz təhsil almaq hüququ qazanan Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

2012/2013-cü tədris ilində Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün biologiya, fizika, informasiya texnologiyaları, kənd təsərrüfatı, kimya, qədim dillər, mühəndislik, nanotexnologiya, neft sənayesi, riyaziyyat, tibb, turizm prioritet istiqamətlərdir.
XS
SM
MD
LG