Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:48

İranda saxlanan şairlərə hökm oxunur


3 aydan artıqdır ki, İranda saxlanılan azərbaycanlı şairlər Fərid HüseynŞəhriyar Hacızadəyə avqustun 15-də hökm oxunacaq.

Bu barədə AzadlıqRadiosuna avqustun 9-u axşam İrandan qayıdan Şəhriyar Hacızadənin atası Mayıl Hacızadə məlumat verib.

Ötən həftə şairlərin İranda məhkəməsi olub. Onların məhkəmə dinləmələri 2 gün davam edib. Prosesə Azərbaycanın Təbrizdəki konsulluğunun nümayəndələri də qatılıb.

Razılaşmaya əsasən F.Hüseynin Kürdəmir rayonunda, Ş.Hacızadənin isə İmişlidə yaşayan birinci dərəcəli ailə üzvləri də prosesdə iştirak edib.

Azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə aprelin 29-da poeziya festivalında iştirak etmək üçün İrana gediblər. Onlar mayın 2-də Təbrizdə həbs olunublar.
XS
SM
MD
LG