Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 18:04

“İpək yolu”ndan 250 milyon manat əldə edilib


Bu ilin 6 ayında “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycana məxsus hissəsində 28,1 milyon ton yük, 129,3 milyon nəfər sərnişin daşınıb. Bu barədə Statistika Komitəsi məlumat verib.

Dəhlizdə daşınmış yüklərin 44,2 faizi avtomobil, 36,8 faizi dəmir yolu, 19,0 faizi dəniz nəqliyyatının payına düşüb, avtomobil nəqliyyatında 7,1 faiz, dəmir yolu nəqliyyatında 5,9 faiz artım qeydə alınıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 8,1 milyon tonunu tranzit yüklər təşkil edib.

Yük daşımaları fəaliyyətindən 213,6 milyon manat, sərnişin daşınmasından isə 40,6 milyon manat gəlir əldə olunub.
XS
SM
MD
LG