Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:08

Suriyalı qaçqınların vəziyyəti müzakirə olunub


Hərbi münaqişə nəticəsində evlərini tərk edən qaçqınların taleyi BMT-nin və başqa beynəlxalq təşkilatların deyil, Suriyanın öz işidir.

Bunu Suriyanın milli barışıq naziri Ali Haydar deyib. Xəbəri rəsmi SANA agentliyi yayıb.

BMT-nin humanitar əməliyyatlar üzrə rəhbəri Velerie Amos dünən Suriyanın hakimiyyət nümayəndələri ilə ölkədəki humanitar vəziyyəti müzakirə edib. Elə həmin gün İordaniyaya qaçmış Suriyanın keçmiş baş naziri Riyad Hijab bildirib ki, Bashar Assad rejimi ölkənin 30 faizinə nəzarət edə bilir.

ABŞ-ın müdafiə naziri Leon Panetta Vaşinqtonda bildirib ki, üsyançılarla mübarizə aparmaq üçün İran Suriya rejiminə hərbi birləşmələr formalaşdırmaqda və təlim keçməkdə kömək edir.
XS
SM
MD
LG