Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:11

42 dərəcə istilik gözlənilir


Avqustun 15-də Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən günəşli keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumatı yayıb. Məlumata görə, şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-27, gündüz 36-38, bəzi yerlərdə 40 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 36-39, bəzi yerlərdə 42, dağlarda gecə 14-18, gündüz 29-34 dərəcə isti olacaq.

Avqustun 15-16-da Abşeron yarımadasında günəşli hava şəraitinin davam edəcəyi, zəif cənub küləyinin əsəcəyi gözlənilir.
XS
SM
MD
LG