Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:03

Həbsxanalar – Yatıb çıxan müxalifətçilər nələr danışır? [Video]


İctimai Palata Azərbaycandakı həbsxanaların vəziyyətini müzakirə etdi
Gözlə

No media source currently available

0:00 0:06:24 0:00

İctimai Palata Azərbaycandakı həbsxanaların vəziyyətini müzakirə etdi

-
«Orda çəkiclə barmaqlar sındırılır, kəlbətinlə dişlər çıxarılır. Bu hökumətə tələb qoyulmalıdır ki, o təcridxana bağlanmalıdır».

Müsavat Gənclər Təşkilatının sədr müavini, «2 aprel məhbusları»ndan Əhəd Məmmədli Milli Təhlükəsizlik Nazirliyinin balansında olan müvəqqəti saxlanma təcridxanası barədə danışır:

«Biz Kürdəxanıda məhkəmələrə çıxanda, bunu MTN təcridxanasında olan dustaqlardan eşitmişik. MTN şəhərimizin mərkəzində yerləşir. Bir tərəfində Milli Məclis, Fəxri Xiyaban, Şəhidlər Xiyabanı. Amma onun «podvalında» nə cür işgəncələr verirlər».

MTN-dən bu iddialara cavab ala bilmədik. Ancaq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən Mehman Sadıqov deyir ki, MTN-nin balansında saxlandıqdan sonra Ədliyyə Nazirliyinin tabeçiliyinə keçmiş heç bir məhkumdan belə bir şikayət daxil olmayıb:

«Bu, cəfəngiyatdır, çünki MTN təcridxanasında saxlanan məhkumların əksərinin istintaqını MTN-in istintaq idarələri aparır. İstintaq başa çatdıqdan sonra iş verilir məhkəməyə, məhkəmə də müvafiq hökm çıxardandan sonra o məhkumlar Penitensiar Xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə daxil olurlar. İndiyədək heç bir məhkum işgəncəyə məruz qalması, qəddar rəftarla bağlı şikayət etməyib və bu, həqiqətəuyğun deyil».

«CƏZA QİSAS MƏQSƏDİ DAŞIYA BİLMƏZ»

Avqustun 14-də İctimai Palata Azərbaycanda həbsxanaların vəziyyətinə dair dəyirmi masa keçirib. Tədbirə hüquq müdafiəçiləri, siyasətçilər, ictimai fəallar qatılıb, məhbusların və məhbəslərin durumunu müzakirə ediblər.

İP Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli bildirib ki, təcridxana və cəzaçəkmə müəssisələrində problemlər vaxtaşırı gündəmə gəlsə də, aradan qaldırılmayıb:

«Çox ciddi bir məsələ, ümumiyyətlə, cəza sisteminin Azərbaycanda yanlış başa düşülməsi ilə bağlıdır. Cəza qisas məqsədi daşıya bilməz. Məhkəmə tərəfindən müəyyən edilmiş cəza islah xarakteri daşımalıdır, insanları həyata qaytarmağa yönəlməlidir. Onları sındırmağa, ləyaqətlərini alçaltmağa yönəlməməlidir. Cəza yerlərinin məqsədi Azərbaycanda düzgün izah olunmayıb, düzgün tətbiq olunmur».

«14 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİ LƏĞV OLUNMALIDIR»

Dəyirmi masada İP üzvü olan keçmiş məhbuslar da həbsxanalardakı üzləşdikləri vəziyyəti təsvir ediblər.

Arif Hacılı
Arif Hacılı
Müsavat Partiyası Mərkəzi İcra Aparatını rəhbəri Arif Hacılı qeyd edib ki, Azərbaycandakı əksər təcridxanalar II Dünya müharibəsindən sonra tikilib və standartlara cavab vermir:

«Əsas məsələlərdən biri həbs düşərgələrinin və təcridxanaların müasir standartlara cavab verən ərazilərdə və binalarda yerləşdirilməsini tələb etməkdir. Məsələn, 14 saylı cəzaçəkmə müəssisəsi ləğv olunmalıdır. Çünki orda iqlim şəraiti elədir ki, orda nəinki dustaqlar, hətta Penitensiar Xidmətin əməkdaşları da xəstəliklərə düçar olurlar».

QİÇS, VƏRƏM, HEPATİT...

Bu mövzunu davam etdirən «2 aprel məhbusu», AXCP sədrinin müşaviri Sahib Kərimov deyir ki, həbsxanalarda vərəm baş alıb gedir:

«Təəssüf ki, Azərbaycan həbsxanalarında «SPİD», hepatit kimi xəstəliklər çox yayğındır. Digər bir xəstəlik vərəm xəstəliyidir. Sanki həbsxanalar vərəm xəstəliyini cəmiyyətə yaymaqla məşğuldur. İstər-istəməz məhkum xəstəliyi hər an yaya bilir, çünki çox məhdud ərazidə 700-800 insan yaşayır».
Tural Abbaslı
Tural Abbaslı

«DOLYA VOROVSKAYA»YA QULAQ ASDINSA...

Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı həbsxanalarda islahatlardan danışıb. O, kriminal aləmin özünüidarə metodunun yığışdırılması addımları barədə məlumat verib:

«Bu addımlar təsbehə şamil olunur, yaxud da türmədə meyxanaya qulaq asmaq olmaz. «Dolya vorovskaya»ya qulaq asdınsa, sən karsa getməlisən. Papağının üstündə 8 bucaq varsa, papaq olmaz. Yəni, dövlət həmin kriminal aləmin qoyduğu qanunlarla hesablaşır. Məsələn, sabah kriminal aləm elan etsə ki, ayaqqabı geyinmək hörmət əlaməti sayılır, hamını məcbur edəcəklər ki, ayaqqabıları çıxardın».

Ədliyyə sahəsində islahatlara ehtiyac olduğunu deyən vəkil Fəxrəddin Mehdiyev elmi tədqiqatlara istinad edərək bildirib ki, işsizliyin 1% artması cinayətin 6% artmasına gətirib çıxarır.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyir ki, Azərbaycanda həbsxanalar SSRİ zamanından qaldığı üçün bəzi infrastruktur problemləri müşahidə olunur. Lakin o, hazırda beynəlxalq standartlara cavab verən cəzaçəkmə müəssisələrinin inşa edildiyini bildirib. Belə həbsxanalardan ilki Naxçıvanda tikilib istifadəyə verilib.
XS
SM
MD
LG