Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:07

Ukrayna Ermənistana silah satmadığını deyir


Ukraynanın Xarici İşlər Nazirliyi ölkənin Ermənistana raket satması barədə mətbuatda gedən ı məlumatları təxribat adlandırıb.

Bunu Kiyevdə keçirdiyi brifinqdə nazirliyin mətbuat katibi Aleksandr Dikusarov bildirib.

O qeyd edib ki, Ukrayna bu sahədə beynəlxalq öhdəliklər və milli qanunlara ciddi şəkildə riayət edir.

Azərbaycanın bir sıra kütləvi informasiya vasitələri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi general-mayor Sergey Qmızanın prezident Viktor Yanukoviçə
Ermənistana silah satışı ilə bağlı məktubunun mətnini dərc edib.

Məktubda 12 ədəd “Smerç” raket sistemləri, habelə 50 “İqla” komplekslərinin Ermənistana qanunsuz satışı sxemindən danışılır.

Və bunun həyata keçirilməsi üçün Aİ və MDB-də qeydiyyatdan keçmiş saxta firmalardan istifadə etmək təklif olunur. Məktubda həmçinin Ermənistanın artıq müqavilədə nəzərdə tutulan qiymətin 50%-ni ödədiyi bildirilir və Azərbaycanın bundan xəbər tuta biləcəyi vurğulanır.
XS
SM
MD
LG