Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:53
-
Bu il ərzində Azərbaycanda 600-dən çox insan qidadan zəhərlənib.

Bunu «Trend»ə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Qidalanma bölməsinin müdiri İmran Abdullayev bildirib.

Onun dediyinə görə, zəhərlənmə hallarının demək olar ki, hamısı ev şəraitində hazırlanmış məhsullardan baş verir:

«Zəhərlənmələr iaşə obyektlərində hazırlanmış yeməklərdən baş vermir. Araşdırma göstərir ki, zəhərlənmələr evdə bişmiş təzə yeməklərdən deyil, bayat yeməklərdən baş verir. Bişmiş yemək düzgün qaydada saxlanılmır, ona görə də, zəhərlənmənin baş verməsinə şərait yaranır… İstifadə zamanı soyuducuda saxlanılmış bayat yeməklərin daxili temperaturları mütləq 80 dərəcəyə qədər qızdırılmalıdır».

İ.Abdullayev bildirib ki, insanlar qidanı qəbul edən kimi zəhərlənməyə də bilər. İnsanlarda zəhərlənmə əlamətləri qidanı qəbul edəndən 2 saatdan 7-10 günə qədər özünü göstərə bilər:

«Ola bilər ki, insanlar qəbul etdiyi son qidadan deyil, 10 gün əvvəl yediyi hər hansı bir qidadan zəhərlənə bilər. Amma son dəfə qarpız və ya digər qida qəbul etdikdə elə hesab edə bilərlər ki, ondan zəhərləniblər».

İ.Abdullayev hazırda qışa hazırlıq məqsədilə meyə-tərəvəzi ev şəraitində konservləşdirən insanları da diqqətli olmağa çağırıb:

«Həmin məhsullar konservləşdirilərkən qabın içərisi oksigensiz qalarsa, onda zəhərlənmə üçün şərait yaranır. Buna görə də, noyabr-dekabr aylarından başlayaraq, ev şəraitində konservləşdirilmiş məhsullardan zəhərlənmə halları artır».

Günün bütün mövzuları

XS
SM
MD
LG