Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 16:03

Qazaxıstanda parkdan 11 adamın meyiti tapılıb


Qazaxıstanın Almaatı vilayətində kütləvi qətl törədilib.

İle-Altaysk milli parkında 11 adamın cəsədi aşkar edilib.

Onların hamısı bıcaqla öldürülüb.

Bu barədə kriminal polisin rəisi Arman Orazəliyev məlumat verib.

O hələlik şübhəlilərin müəyyən edilmədiyini deyir.

Cinayət işi açılıb.

Daxili İşlər Nazirliyi hesab edir ki, bu qətllər daxili münaqişə zəmnində törədilə bilər.
XS
SM
MD
LG