Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:46

Gədəbəyin ucqar dağ kəndlərini sürətli internetə qoşacaqlar


-
Gədəbəydə cəmi 20 faiz abonent sürətli internetdən yararlanır.

Bu barədə məlumatı Gədəbəy rayon Telekommunikasiya İdarəsinin rəisi Ramin Məmmədov məlumat verib.

O bildirib ki, bu ilin sonunadək Gədəbəy rayonun ucqar dağ kəndləri də sürətli internetlə təmin ediləcək.

R. Məmmədov deyir ki, artıq bu məqsədlə rayona 70 kilometr uzunluğunda optik kabellər gətirilib və yaxın günlərdə xətlərin çəkilişinə başlanılacaq. Növbəti mərhələdə isə sürətli internet üçün DSLM qurğuları quraşdırılacaq.

Hazırda Gədəbəydə olan 109 kəndin 9-da sürətli internet var. Məlumata görə, rayonun mərkəzində abonentlərin 20 faizi, kəndlərdə isə 0.9 faizi sürətli internetlə təmin edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG