Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:29

Hilal Məmmədovun şikayəti rədd edildi


-
Avqustun 14-də Bakı Apellyasiya Məhkəməsində «Tolışi Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədovun şikayətinə baxılıb.

Apellyasiya şikayəti Nizami rayon Məhkəməsinin H.Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda 22 iyun tarixli qərarından verilmişdi.

Şikayət təmin olunmayıb.

Bu haqda AzadlıqRadiosuna vəkil Ramiz Məmmədov məlumat verib.

R.Məmmədov H.Məmmədov tutulduğu andan onunla bağlı sübutların toplanmasında zorakılığa yol verildiyini deyib. Baş redaktor barəsində seçilmiş həbs-qətimkan tədbirinin qanunun tələblərinə cavab vermədiyini də bildirib. Bunun dəyişdirilməsini xahiş edib.

Hakim Vaqif Mursaqulov apellyasiya şikayətinin təmin edilməməsi ilə bağlı qərar çıxarıb.

H.Məmmədov bu il iyunun 21-də saxlanıb. Onun haqqında Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddəsi ilə cinayət işi açılıb.

İyulun 3-də isə H.Məmmədova qarşı CM-nin 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə əlavə ittiham irəli sürülüb.

Müdafiə tərəfi ittihamların qurama olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG