Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:07

Bashar Assad’in nümayəndəsi Çində danışıqlar aparır


İraq/Suriya - qaçqın düşərgəsi, Dumiz

İraq/Suriya - qaçqın düşərgəsi, Dumiz

Avqustun 14-də Suriya prezidenti Bashar al-Assad’in nümayəndəsi Bouthaina Shaabanın ölkədə davam edən zorakılığın fonunda Pekində danışıqlar aparacağı gözlənilir.

Çin Xarici İşlər Nazirliyi bildirib ki, Suriyada münaqişənin «siyasi həllinə kömək» üçün Shaaban Çinin xarici işlər naziri Yang Jiechi ilə görüşəcək.

Çin Assad rejiminə qarşı BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə veto qoyub.

Bu arada, BMT-nin humanitar məsələlər üzrə rəhbəri Valerie Amos təcili yardım axınını qiymətləndirmək üçün Suriyaya səfər edib.

Suriyada təxminən 2 milyon mülki vətəndaş böhranın təsirinə məruz qalıb, 1 milyondan artıq insan isə öz evini tərk edib.

Digər bir xəbərə görə, Suriyadakı vəziyyəti müzakirə etmək üçün bu gün Səudiyyə Ərəbistanında İslam Əməkdaşlıq Təşkilatının iki günlük zirvə toplantısı açılır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG