Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:09

YAP rəsmisi London Olimpiadası və müxalifət haqda...


Mətbuat icmalı
Mətbuat icmalı
FATİH ÇEKİRGE TÜRKİYƏNİN «HÜRRİYYƏT» QƏZETİNDƏ YAZIR:

«O qədər çox soruşdunuz ki... Bakıdan, İstanbuldan, Adanadan yüzlərlə sual gəldi - kimdir bu «Sən mənim kim olduğumu bilirsən» deyə Barselonaya uçan təyyarədə «business class tapşırması» istəyən azərbaycanlı «mühüm adam?».

Kimdir Türk Hava Yollarının kabina rəisi Ceyda xanımı «Səni işdən çıxartdıraram» deyən siyasətçi? Əgər soruşursunuzsa, mən də yazıram. Barselonaya uçan təyyarənin biznes klass bölməsini dostları ilə dolduran və təyyarə havaya qalxandan sonra bir neçə dəqiqə arxada oturan yaxınını qabaq sıraya gətirmək üçün hədə-qorxu gələn adam Azərbaycan İqtisadi İnkişaf Nazirliyində keçmiş nazir müavini, indi isə Bakıda İçəri şəhər Dövlət Tarixi və Memarlıq Qoruğu İdarəsinin müdiri Mikayıl Cabbarovdur.

Biznes klassda 19 yerin neçəyə olmasını və bu yerlərə biletin məmur maaşı ilə necə alındığını soruşmuram. Bunu bir kənara qoyaq. Kabina rəisinə və stüardessalara hədə-qorxu gələn Cabbarov bu cəsarəti haradan alır? Bir şeydən – demokratiya ilə idarə olunmayan bir ölkənin «diktatura sistemi»ndən.

Xalqın yox, diktatorun təyin etdiyi idarəçilər tarix boyu belə olublar. Demokratiyanın fərqi də bundadır. Ona görə Cabbarovun adını ibrət olsun deyə yazıram.

Krallıqların, əmirliklərin olduğu ərazilərdə, diktatorların ölkəsində buna görə xalq hərəkatları başlayıb. Ərəb Baharı əslində insanlıq və demokratiya hərəkatıdır. Məlumdur ki, çox yaxında Azərbaycana da çatacaq. Əgər «Mən elədim, oldu» deyən Assadin sarayında azadlıq zəlzələsi olursa, Bakı bundan uzaq deyil. Milyonlarla dollarlıq rüşvətin, korrupsiyanın olduğu diktator coğrafiyasında Asiyanın ortalarından Qara dəniz sahillərinə qədər bu külək əsəcək. Ona görə bu hadisə haqqında yazıram».

AZƏRBAYCANIN LONDONDAKI QƏLƏBƏSİNƏ SEVİNMƏYƏNLƏR...

«Azərbaycan idmançılarının Londonda keçirilmiş XXX Yay Olimpiya Oyunlarında göstərdikləri şücaət, bunun nəticəsi olan qələbələr və qalibiyyətlərin yekunu olan medallar göstərdi ki, çox az sayda olan müxalifətçilər ölkəmizin uğurlarına sevinə bilmirlər. Bu isə artıq onların xislətinə çevrilib».

«Yeni Azərbaycan» qəzeti Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovun müsahibəsini dərc edib. Əli Əhmədov bildirib ki, «müxalifətin Azərbaycanın uğurlarına sevinməmək xüsusiyyəti onların siyasətinin əsas mahiyyətini təşkil edir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan seçdiyi yolla uğurla irəliləyir. Ən başlıcası odur ki, kimin nə deməsindən asılı olmayaraq, ölkəmiz inamla yüksəlir, inkişaf edir və qələbələr əldə edir.

İŞDƏN ÇIXARILAN NEFTÇİLƏR ÜSYANA QALXDI

«Bizim yol» qəzeti yazır ki, dünən ARDNŞ-in Qobustan Qazma İşləri İdarəsinin 200-dən çox neftçisi Bakı-Qazax avtomobil yolunun Qobustan hissəsindən keçən ərazisini bağlayıblar. Buna səbəb işçilərin ixtisara düşməsi olub. «3 saatdan çox davam edən aksiyada idarənin müdiri İsgəndər Şirəliyev etirazçıların qarşısına çıxıb. Onlara «Azəriqaz»da işlə təmin olunacaqları vəd edilib».

SATIŞDA OLAN EVLƏRƏ YAXIN DURAN YOXDUR

«Azadlıq» qəzeti yazır ki, bazarda pul kütləsinin azalması, kredit imkanlarının məhdudlaşması passivliyi daha da artırıb. Mütəxəssislər bildirir ki, avqust ayında əmlak bazarında aktivlik nəinki stabilləşib, hətta əvvəlki aylarla müqayisədə qiymətlərdə cüzi də olsa enmə müşahidə olunub. «Bazarda təklifin azalmasının əksi olaraq, əmlakın ekspozisiya müddəti artıb. Bu da ondan xəbər verir ki, bazarda nə real alıcı, nə də real əmlak satıcısı var».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG