Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:38

Bəşər Əsədin nümayəndəsi danışıqlar aparacaq


Avqustun 14-də Suriya prezidenti Bəşər Əsədin nümayəndəsi Bouthaina Shaabanın ölkədə davam edən zorakılıq fonunda Pekində danışıqlar aparacağı gözlənilir.

Çin Xarici İşlər Nazirliyi bildirib ki, Suriyada münaqişənin “siyasi həllinə kömək” üçün Shaaban Çinin xarici işlər naziri Yang Jiechi ilə görüşəcək.

Çin Əsədin rejiminə qarşı BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə veto qoyub.

Bu arada, BMT-nin humanitar məsələlər üzrə rəhbəri Valerie Amos təcili yardım axınını qiymətləndirmək üçün Suriyaya səfər edib.

Suriyada təxminən 2 milyon mülki vətəndaş böhranın təsirinə məruz qalıb, 1 milyondan artıq insan isə öz evini tərk edib.

Digər bir xəbərə görə, bu gün Suriya vəziyyəti müzakirə etmək üçün İslam Əməkdaşlıq Təşkilatının Səudiyyə Ərəbistanında iki günlük zirvə toplantısının açılışıdır.
XS
SM
MD
LG