Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:58

Polis tibetlini ölümcül döyüb


Çin polisi cənub-qərb vilayəti Sichuanda toqquşma zamanı bir tibetlini ölümcül həddə döyüb.

ABŞ-da yerləşən “Azad Asiya” Radiosu məlumat verir ki, bu hadisə Sichuanda iki tibetlinin özünə sui-qəsdindən sonra baş verib, onlardan biri yerli monastırda rahib olub.

Məlumata görə, çoxsaylı polis qüvvələri sui-qəsddən sonra ərazini təmizləməyə cəhd edib, bu isə tibetlilərlə qarşıdurmaya gətirib çıxarıb.

Dövlət mediası nə sui-qəsd, nə də ondan sonrakı toqquşma barədə məlumat yayıb. Suiqəsdə cəhd edən iki şəxsin taleyi isə bəlli deyil.

Hələ 2009-cu ildə 50-yə yaxın tibetli Çində hakimiyyət əleyhinə şüarlar səsləndirərək liderləri Dalai Lamanın geri qayıtması tələbilə özlərini yandırmışdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG