Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:54
-

Indiyəcən dahi Tolstoyun “Anna Karenina”sı əsasında 10-dan çox film çəkilib.

Amma həmin filmlərin heç birini nə qazandığı mükafatlar, nə də gətirdiyi qazanc baxımından sensasiya saymaq olmaz.

Britaniyada çəkilən yeni film bu mənada şeytanın qıçını sındırmağa iddialıdır.

Yeni “Anna Karenina” sentyabrın 7-də ekranlara çıxmalıdır. Amma indidən onun adını Oskara ciddi namizədlər arasında çəkənlər də var.

Filmi sadəcə tarixi mövzuda al-əlvan kostyumlu film, yaxud yalnızca uğursuz bir sevgi hekayəti adlandırmaq olmaz.

Onun öz fəlsəfəsi var.

Yeni “Anna Karenina”nın yaradıcıları deyirlər ki, 19-cu əsrdə Rusiya aristokratiyası bütün davranışlarında Fransanı yamsılamağa çalışırdı.

Zadəganlar öz aralarında fransızca danışır, fransız dəbi ilə geyinir, fransız dayələrdən tərbiyə görürdülər.

Beləliklə də öz kimliklərindən uzaqlaşıb bir süni aləmdə, sanki bir teatrda yaşayır, olmadıqları insanların rolunu ifa edirdilər.

Rejissor Joe Wright deyir ki, filmin böyük hissəsini teatrda çəkmək ideyası da burdan yaranıb.

Amma arada qəhrəmanlar bu süni dünyaya arxa çevirib reallığa üz tuturlar.

Faciə də elə süni və gerçək dünyaların toqquşması zamanı yaranır.

Filmdə baş rolları Keira Knightley (Karenina), Jude Law (Karenin) və Aaron Taylor-Johns (Vronski) ifa edirlər.

Amma Britaniyanın "İndependent" qəzeti isə sual edir: bəlkə bu romanda nəsə var ki, indiyəcən ondan yaxşı film alınmasına mane olub?

Günün bütün mövzuları

XS
SM
MD
LG