Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:14

Qırğzıstanın baş naziri rüşvət almaqda ittiham olunur


Hakim koalisiyaya daxil olan Ata-Məkan partiyası Qırğızstanın baş nazirini rüşvət almaqda ittiham edib.
Ata-Məkan bildirir ki, baş nazir rüşvəti at şəklində alıb.

İttihama görə, Qırğızstanda hava limanı tikmək sifarişini almaq müqabilində bir xarici tikinti şirkəti baş nazir Omurbek Babanova at bağışlayıb.

Ata-Məkan liderlərinin dediyinə görə, qiyməti 500 min dollardan 1,5 milyon dollara kimi olan bu atı şirkət Qırğızstana gömrük haqqını ödəmədən gətirib.

Baş nazirin ofisi ittihamla bağlı xüsusi bəyanat verib. Bəyanatda deyilir ki, baş nazir atı öz puluna alıb.
Bəynata görə, atın qiymətini Ata-Məkan partiyası şişirdib.

Günün bütün mövzuları

XS
SM
MD
LG