Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:45

İyulda ən baha meyvə yemiş, ən ucuz üzüm olub


İyulda ölkədə ərzaq məhsulları 2, xidmət tarifləri 1 faiz artıb. Qeyri-ərzaq məhsulları isə 0,23 faiz ucuzlaşıb. İqtisadi Tədqiqatlar Mərkəzinin Azərbaycanın 10 regionunda apardığı müşahidələrin nəticələrində belə qeyd olunur.

Mərkəzin məlumatına əsasən iyulda Azərbaycanda 1,3 faiz inflyasiya qeydə alınıb.

Artım əsasən ərzaq məhsulları və xidmət tariflərinin bahalaşması hesabına baş verib.

Ən çox bahalaşma yemiş (51 faiz), buğda (23 faiz), xurma (22 faiz), hava sərnişindaşıma nəqliyyatı (beynəlxalq reyslər 20 faiz), ventilyatorların (4faiz) qiymətində, ucuzlaşma isə üzüm (51 faiz), armud ( 22 faiz), təzə kartof (11 faiz), mobil telefonların (5 faiz) qiymətində qeydə alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG