Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:21

Mehriban Əliyeva Pakistanda iftar süfrəsi verib


Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə fəaliyyət göstərən «Pakistan Sweet Home» fondu Pakistanda iftar süfrəsi açıb.

Bu barədə məlumat yayan Azərbaycan Xarici İşlər Nazirliyinin xəbərinə görə, ölkənin müxtəlif şəhərlərində yerləşən 11 uşaq evinin 1200 sakini iftar süfrəsi arxasında əyləşib.

İftar süfrəsində Pakistanın birinci xanımı Nüsrət Pervez Aşraf və ölkənin digər rəsmi şəxsləri iştirak edib.

Heydər Əliyev Fondu Pakistanda bir sıra humanitar layihələr həyata keçirib.

Məsələn, Pakistanda zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində qızlar məktəbini inşa edib.

Hamza Fondu (Peşavər) üçün müasir qanköçürmə avadanlıq və laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım maşını və 2000 ədəd qanköçürmə paketi alıb.

Xayber Göz Fondunun yeni binasının inşası üçün maddi yardım edib.
XS
SM
MD
LG