Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:53

ARDNŞ-in bəzi ixtisara düşmüş əməkdaşları aksiya keçirib


Arxiv foto
Arxiv foto
Avqustun 13-də Qobustan Kəşfiyyat Qazma İşləri və Xüsusi Texnika İdarələrinin 100-dən çox əməkdaşı Bakı-Qazax avtomobil yolunun Qobustan ərazisindən keçən hissəsini bağlayıb. Amma polis onları ərazidən uzaqlaşdırıb.

Bu barədə AzadlıqRadiosuna məlumat verən aksiya iştirakçılarından biri Gülsinəm Zülfüqarovanın sözlərinə görə, onlar ixtisarı qanunsuz sayırlar:

«Mənə iyulun 27-dən bildiriş veriblər, başqalarına avqustun 3-dən ixtisara düşdüklərini bildiriblər. Halbuki mənimlə bağlanan müqavilə gələn ilin martında başa çatırdı».

Gülsinəm Zülfüqarova deyir ki, onlara «Azəriqaz» İB-də işləmək üçün vakant yerlər təklif olunub. Amma onlar bu təkliflərə qane deyillər.

Müsahibimiz bildirir ki, hazırda aksiya iştirakçıları ilə görüşmək üçün ARDNŞ-in səlahiyyətli şəxsləri idarəyə gəlib.

Məsələyə ARDNŞ-in mövqeyini hələlik öyrənə bilmədik.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG