Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:26

Vaqif Cavadovun cəzası ləğv edilib


Milli komandanın üzvü Vaqif Cavadova 1 il müddətinə tətbiq edilmiş cəza ləvğ edilib. Bu barədə AFFA-nın saytı məlumat yayıb. Bildirilir ki, bir neçə gün əvvəl futbolçu Azərbaycan «A» milli komandasının baş məşqçisi Berti Foqtsla görüşərək tutduğu hərəkətə görə məyus olduğunu bildirib, ondan və komanda yoldaşlarından üzr istəyib.

Bu hadisədən sonra 10 avqust 2012-ci il tarixində Azərbaycan «A» milli yığma komanda baş administratorunun müraciətinə əsasən futbolçuya verilən cəza ləğv edilib.

İntizam Komitəsinin 19 oktyabr 2011-ci il tarixli iclasında milli komandanın üzvü Vaqif Cavadov 1 (bir) il müddətinə Azərbaycan milli komandasının heyətindən kənarlaşdırılmışdı.
XS
SM
MD
LG