Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:50

Prezident iranlı həmkarına zəlzələ ilə bağlı başsağlığı verib


Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti Mahmud Əhmədinejata İranın şimal-qərbində baş vermiş zəlzələ ilə bağlı başsağlığı verib.

Başsağlığı məktubunda bildirilib:

«Ölkənizin şimal-qərbində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı. Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına, qardaş İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram».

Günün bütün mövzuları

XS
SM
MD
LG