Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:25
Bu gün daha 2 Azərbaycan güləşçisi London olimpiadasında mübarizəyə qoşulub.

Sərbəst güləşçilər Cabrayıl Həsənov və Xetaq Qazyumov yarışlara 1/8 finaldan qoşulublar.

66 kq. çəki dərəcəsində mübarizə aparan Cəbrayıl Həsənov yarımfinala çıxsa da, bu mərhələdə yaponiyalı güləşçisi Tatşuhiro Yonemitsuya məğlub olub.

Amma Cəbrayılın medal şansı hələ ki, qalır. O bürünc medal qazana bilər.

96 kq. çəki dərəcəsində mübarizə aparan Xetaq Qazyumov isə 1/4 finaldək gələ bilib.

O bu mərhələdə ukraynalı Valeri Andritsevə məğğlub olub.

Ukraynalı idmançı finala çıxdığından Qazyumov bürünc medal uğrunda təsəlliverici görüşlərə çıxacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG