Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:03

XİN İranda zəlzələdə zərərçəkənlər arasında azərbaycanlıların olmasını dəqiqləşdirir


İranda baş verən zəlzələdə zərərçəkənlər arasında Azərbaycan vətəndaşlarının olması barədə hazırda hər hansı informasiya yoxdur, bunu Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.

Onun sözlərinə görə, Azərbaycanın Təbrizdəki Baş Konsulluğu zəlzələ zamanı ölən və xəsarət alanların şəxsiyyətini müəyyənləşdirir.

İranın Şərqi Azərbaycan əyalətində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 250-ni, yaralıların sayı isə 2 min nəfəri keçib.

Zəlzələnin episentri olan Əhər, Vərzegan və Həris rayonlarında 110 kəndin tamamilə və ya qismət dağıldığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG