Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:01

AXCP Sumqayıtda icazəsiz piketə cəhd edib


AXCP Sumqayıtda icazəsiz piketə cəhd edib
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00
Direct-ə keçid

AXCP Sumqayıtda icazəsiz piketə cəhd edib

POLİSƏ 6 NƏFƏR APARILIB

AXCP-nin Sumqayıt təşkilatının iki fəalı Elşən Ağayev, Leysan Cəfərov hələ də şəhər polisinin 4-cü bölməsindədir. Bu barədə AzadlıqRadiosuna təşkilatın sədri Kəmaləddin Vilayətoğlu məlumat verib. Onun sözlərinə görə, özü, saxlanan 4 fəal qadın və digər üzvlər isə sərbəst buraxılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə AzadlıqRadiosuna bildirib ki, AXCP-nin Sumqayıt təşkilatı şəhər icra hakimiyyəti ilə razılaşdırılmamış aksiyaya cəhd göstərib. Polis isə bu aksiyanın qarşısını alıb. Orxan Mansurzadə deyir ki, polis bölmələrinə 6 nəfər aparılıb, onların 3-ü qadın olub. DİN rəsmisi saxlananların hamısının sərbəst buraxıldığını bildirir.

QADIN FƏALLAR HƏLƏ DƏ POLİSDƏDİR

AXCP üzvləri Kəmalə BənənyarlıZərifə Məhəddinovanın xəbərdarlıq edilərək sərbəst buraxıldığı bildirilsə də polislər onların yenidən piket yerinə qayıdacağından ehtiyatlanaraq polis bölməsində saxlamağa qərar veriblər. Bu barədə saxlananların özləri AzadlıqRadiosuna məlumat verib.

Digər saxlananların telefonuna isə hələlik zəng çatmır.

Hələ ki Daxili İşlər nazirliyi hadisə ilə bağlı məlumat verməyib.

«AĞACIN ALTINDA DAYANMAZ OLMAZ?»

AXCP üzvləri Kəmalə Bənənyarlı, Zərifə MəhəddinovaNatavan Səlimzadə də polis bölməsinə aparılıb. Hazırda Sumqayıt şəhər 2-ci polis bölməsindədirlər. Bu barədə Zərifə Məhəddinovanın özü AzadlıqRadiosuna məlumat verib. Onları klubun təxminən 50-100 metrliyində mülki geyimlilər saxlayıb:

«Parkda ağacın altında bir adamı gözləyirdik. Üç dəfə dedilər burda dayanmayan orda dayanın. Biz də sakitcə onlar deyən yerə keçdik. Daha sonra bizi zorla maşına mindirib bura gətirdilər. Şəxsiyyət vəsiqəmizi də alıblar, vermirlər. Özləri də deyir ki, çıxın gedin. Bilmirik ki, bura niyə gətiriblər, heç nə izah etməyiblər. Bəyəm ağacın altında dayanmaq olmaz?».

PİKETƏ CƏHD OLUB

Avqustun 12-si səhər saatlarında AXCP Sumqayıt şəhər təşkilatının fəalları Sumqayıtda piket keçirməyə cəhd edib. Təşkilatın rəhbəri Kəmaləddin Vilayətoğlu piket keçiriləcək yerə yaxınlaşan kimi polis və mülki geyimli şəxslər onu saxlayıb. Aksiyanın bəyanatı əlindən alınıb. Özünü isə polis bölməsinə aparıblar.

Daha iki şəxs - İlyas MəhərrəmovZahid Məmmədov da kluba yaxınlaşan zaman saxlanaraq bölməyə aparılıb.

AXCP-nin piketi Nərimanov Mədəniyyət Klubunun önündə təyin olunub. AzadlıqRadiosunun müxbiri xəbər verir ki, klubun qarşısında heç kimi dayanmağı qoymurlar.

Klubun ətrafında xeyli sayda polis var.

AXCP Sumqayıt şəhər təşkilatının fəalları siyasi fəaliyyət üçün şəraitin olmamasına etiraz olaraq aksiya keçirmək istəyirdi.

Şəhər administrasiyası müxalifətin piketinə icazə verməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG