Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:59

Meksikadakı narkomüharibədə 100 minədək adam ölüb


ABŞ-ın Nyu-Meksiko ştatındakı tədqiqat institutu qonşu Meksikadakı narkomüharibədə ölənlərin satyı ilə bağlı yerli hakimiyyətin məlumatını şübhə altında qoyur.

Meksika hakimiyyəti 2006-cı ildən bu yana bu müharibədə 50 min adamın öldüyünü deyir.

Amerikalı alimlər isə ölənlərin təxminən 100 min nəfər olduğunu deyirlər.

Bu barədə BBC məlumat verir.

Narkotik alverçiləri hakimiyyətin keçirdiyi əməliyyatlara cavab olaraq vaxtaşırı yerli xalqı terror edir.
XS
SM
MD
LG