Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:42

Ədalət Əsgəroğlu. Olum, ölüm haqq işidir...


-

Olum, ölüm haqq işidir
O da gözəl, bu da gözəl.
Yarın yara can borcu var
Yar bağrımı buda gözəl.

Sığmır səbətə hər çiçək
Tər çiçəyin özü gerçək.
Söz də zamanında göyçək
Aynasında buta gözəl.

Əsgəroğlum, eşqimdi şah.
Şahələnib budaq-budaq.
Qüdrətdən çəkilib bu dağ
Könlümcədir bu dağ, gözəl.

Günün bütün mövzuları

XS
SM
MD
LG