Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:58
-
AIBA – Beynəlxalq Həvəskar Boks Assosiasiyası bu qərarını BBC korrupsiya ittihamlarını təkrarən yayımladıqdan sonra verib.

AIBA rəsmiləri bildiriblər ki, BBC-ni Olimpiada qurtaran kimi məhkəməyə verəcəklər.

BBC-nin «Newsnight» proqramı qalmaqallı verilişi avqustun 10-da təkrarən efirə buraxıb.
Həmin sənədli verilişdə iddia edilirdi ki, Azərbaycan hələ Olimpiadadan çox əvvəl AIBA-ya milyonlarla dollar rüşvət verib.

Bu pulun müqabilində AIBA Azərbaycana XXX Yay Olimpiadasında iki qızıl medal qazandırmalı imiş.

Proqramda deyilirdi ki, Azərbaycandan olan bir şəxs AIBA-nın keçirdiyi «World Series Boxing» (WSB) adlı turnirə 10 milyon dollar ödəyib.

Beynəlxalq Olimpiya Komitəsinin və AIBA-nın təşkil etdiyi Xüsusi Təhqiqat Komitəsinin araşdırmaları bu məsələdə heç bir qanunsuzluğa yol verilmədiyi nəticəsinə gəlib.

Lakin BBC Azərbaycan boksçuları – Məhəmmədrəsul MəcidovTeymur Məmmədov yarımfinala çıxaraq özləri üçün ən azı bürünc medalları təmin etdikdən sonra rüşvət iddialarını bir daha efirə buraxıb.

AIBA-nın prezidenti Wu Ching-Kuo bəyan edib ki, BBC-nin davamlı olaraq təşkilatı gözdən salmaq cəhdləri onları telekanalı məhkəməyə vermək məcburiyyəti qarşısında qoyub.

AIBA prezidenti bildirib ki, o, telekanala qarşı böhtan iddiasının işlənib hazırlanmasını PSB hüquq firmasına sifariş edib.

Cənab Wu BBC-yə son müsahibəsində bildirib:

«Mən Olimpiya boksunu əvvəlki rəhbərlərin dövründə baş vermiş korrupsiya qalmaqallarından təmizləmək üçün illərdir çalışmışam və buna görə də BBC-nin hərəkətindən son dərəcə əsəbiyəm».

O bildirib ki, Azərbaycan boksçularına qarşı iddialar əsassızdır. Məcidov hazırkı dünya çempionudur və öz dərəcəsində dünya üzrə birincidir. Məmmədov isə Dünya Çempionatının gümüş medalçısıdır və öz dərəcəsində 3-cüdür.

Şərhləri göstər

XS
SM
MD
LG