Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:51

Hillary Clinton Türkiyəyə gedib


ABŞ Dövlət katibi Hillary Clinton Suriya münaqişəsini müzakirə etmək üçün İstanbula gedib.

Onun səfər zamanı Türkiyə rəhbərliyi və Suriya müxalifətinin nümayəndələri ilə görüşəcəyi gözlənilir.

Vaşinqton cümə günü İranla ticarət əlaqəsinə görə, Suriyanın dövlət neft şirkəti, həmçinin
Suriya rejimini dəstəklədiyinə görə Livanda fəaliyyət göstərən Hizbullah qrupuna qarşı sanksiyalat tətbiq edib.

Gələn həftə BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə yeni xüsusi nümayəndəsi təyin edilməlidir.

Bunun əlcəzairli diplomat Likhdar Brahimi olacağı gözlənilir.

Hazırda Suriyanın Hələb şəhəri uğrunda ağır döyüşlər gedir.

Yerli sakinlər şəhəri tərk edir.

BMT-nin məlumatına görə, hazırda 4 qonşu ölkədə 150 minədək Suriya qaçqını var.

Təşkilat ötən ildən bi yana Suriyada 19 min adamın öldürüldüyünü deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG