Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:56

ƏDALƏT ƏSGƏROĞLU. AĞLADIM


-

Zülm eyləmə, fələk, aman günüdü,
Haqq üzüldü, düzə yoldaş, ağladım.
Söz söylədim, gördüm sözüm iyidi,
Ərk eylədim, sözə sirdaş, ağladım.

Qəm üstünə qəm gətirdim gileynən,
Namərd gəldi, sözüm kəsdi güliynən
Gedən gedər, niyə gəlməz iliynən?
Qan ağladı gözümdə yaş, ağladım.

Əcəl aldı, ölləm dedim, ölmədim,
Daşım qaldı, hasarımı hörmədim.
Hamı güldü, mən binəva gülmədim,
Viran könlüm oldu çaşbaş, ağladım.

Sevdim gülün qırmızısın, sarısın,
Qana çəkdim beçə balın arısın.
Dərd çox gəldi, kimə verim yarısın,
Uzaq durdu qohum-qardaş, ağladım.

Əsgəroğlum, insaf umdum fələkdən,
Qələm çaldı, düyün vurdu biləkdən.
Ömrün yükü qara günmüş bələkdən,
Qara günə endirib baş, ağladım.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG