Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:45

Obama olimpiadada iştirak edən müsəlman qadınları təbrik edib


Səudiyyə Ərəbistanı idmançısı Sarah Attar 800 metrliyə qaçış yarışlarında, 8 avqust 2012

Səudiyyə Ərəbistanı idmançısı Sarah Attar 800 metrliyə qaçış yarışlarında, 8 avqust 2012

-
ABŞ prezidenti Barack Obama London Olimpiadasında iştirak edən müsəlman qadınları təbrik edib.

Obama Ramazan bayramı münasibətilə Ağ evdə keçirdiyi görüşdə bildirib ki, Olimpiada tarixində ilk dəfədir bütün komandaların heyətində qadın var. Əksər müsəlman ölkələri yarışlara qadın idmançılar yollayıb.

«Biz bu faktı alqışlamalıyıq», - deyə Obama qeyd edib.

Builki Olimpiadada ilk dəfədir ki, Səudiyyə Ərəbistanı, Qətər və Bruneydən qadın idmançılar da iştirak edir.

Şərhləri göstər

XS
SM
MD
LG