Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:37

«Ağsu, İsmayıllı və Siyəzən yaşamaq üçün ən ucuz rayonlardır»


Foto: Arxiv
Foto: Arxiv
-
«Bizim yol» qəzeti banklara yatırılan əmanətlərə böyük təhlükə ola biləcəyini yazır:

«Yaxın iki ildə 10 bank bağlana bilər, sığorta olunmayan vəsaitlərə bir manat da kompensasiya verilməyəcək».

Qəzet bir neçə gün əvvəl Mərkəzi Bank tərəfindən lisenziyası ləğv edilən «RoyalBank»ı misal çəkərək özəl banklardakı əmanətlərin 40 faizdən çoxunun təhlükə altında olduğunu qeyd edir.

Ekspertlərin fikirlərinə yer verilən yazıda çıxış yolu kimi banklara qoyulan əmanətlərin sığorta faizinin artırılması göstərilir. Azərbaycanda sığortalanan məbləğin maksimum həddinin 30 min manat olmasını az hesab edən ekspertlər təklif edirlər ki, heç olmasa, bu hədd 50 min manata qaldırılsın. Bəzi Avropa ölkələrində sığortalanan əmanətlərin 2009-cu ildən sonra 100 min avroya qaldırıldığı qeyd edilir. Bildirilir ki, misal üçün, Sloveniyada məbləğdən asılı olmayaraq bütün əmanətlər sığortalanır.

«Yeni Azərbaycan» qəzeti «Radikal müxalifət üçün çözülməz düyün»dən yazır:

«Radikal müxalifətin hələlik sonuncu birliyi sayılan «İctimai Palata» adlanan qurumda gərginlik davam edir».

İctimai Palata
İctimai Palata
Qəzet bu gərginliyin 2013-cü il prezident seçkisində vahid namizədlə iştirak etmə məsələsi ilə bağlı olduğunu bildirir. Əlavə edir ki, bu vahid namizəd məsələsi düşərgənin vahidliyinə də son qoya bilər.

«Exo» qəzeti yazır ki, «Azərbaycanda Ağsu, İsmayıllı və Siyəzən yaşamaq üçün ən ucuz rayonlardır».

Qəzet bu rayonlarda aqrar sektorun çox inkişaf etdiyini yazır. Qeyd olunur ki, adamlara nə lazımdırsa, onu özləri əkib-becərirlər, müxtəlif ərzaq məhsulları ilə özlərini təmin edirlər. Bu rayonlarda mənzil kirayə qiymətləri də ölkənin digər bölgələrindəkindən ucuzdur:

«Bu rayonlarda bir ayı 100-150 manata ev tutmaq olar. Günə təxminən 6 manat isə kafe və restoranlara getməyə bəs edir. Burda 1.5 manata səhər, 3.5 manata isə şam yeməyi olur».
Foto: Arxiv
Foto: Arxiv

«Azadlıq» qəzeti Salyanda yol çəkən italiyalı şirkətin azərbaycanlı fəhlələrinin içməli su tələbi ilə aksiya keçirdiyini yazır. Yol çəkən fəhlələr bildiriblər ki, 42 dərəcə istidə yol çəkmələrinə baxmayaraq, sərin və təmiz su ilə təmin olunmurlar.

«Yeni Müsavat» qəzeti Hövsanda toyuqları rəngləyib «kənd toyuğu» adı altında satan sexlərin aşkarlandığını yazır. Qəzet xüsusi maddə ilə saraldılan həmin toyuqların mağazalardakı digər toyuqlardan 10-15 faiz ucuz satıldığını qeyd edir.

«Azərbaycan» qəzeti yazır ki, «Azərbaycan və Gürcüstan dövlət başçıları «Twitter»də ən fəal liderlər sırasındadırlar». Qəzet bunu Türkiyədə ingilis dilində nəşr olunan «Todays Zaman» qəzetinə istinadən yazır.

«Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Mikheil Saakashvili bu məsələdə çox fəal olduqları halda, Ermənistanın dövlət başçısı sosial mediaya heç bir maraq göstərmir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG