Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:48

Sayman Aruz. Qəzəl


-

Mən də bir gün bu qərib fasilələrdən olacam
Oturub sevgilimi fasilələrdən yonacam

Duruxub dardaki tək, getməyinə göz tikəcəm
Sonra son söz kimi mən, dildə-dodaqda donacam!

Dil açıb kəlmələrim, get onu qaytar deyəcək.
Quş olub mən də gəlib, pəncərənizdə qonacam!

Çəkəcəm dəryaları, sürmə kimi gözlərimə,
Damla-damla gözəlim, mən sənə dərya sunacam!

Görəcəm fərq eləmir, hey sənə gəl-gəl deməyim,
Kiriyib, körpələnib, sözlərimi udqunacam!

Uzanıb kölgə kimi, fasiləyə çevriləcəm
Mən də bir gün bu qərib fasilələrdən olacam!

Günün bütün mövzuları

XS
SM
MD
LG