Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:19

İslamçı fəal 11 il həbs cəzası aldı


-
Avqustun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə islamçı fəal, ruhani Abgül Süleymanov 11 il azadlıqdan məhrum edilib.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Anar Qasımlı məlumat verib.

A.Süleymanov ona verilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

A.Süleymanova qarşı Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham irəli sürülüb. O, zor tətbiq etməklə irqi, sosial və ya dini nifrət və düşmənçilik salma, ictimai qaydaları pozma, qanunsuz olaraq külli miqdarda narkotik və odlu silah saxlamada ittiham olunur.

Təhsil Nazirliyi qarşısındakı aksiyada iştirakını və orda çıxış etdiyi etiraf edən A.Süleymanov bu çıxışın demokratiya çərçivəsindən kənar çıxış olmadığını bildirib.

O, 2011-ci il avqustun 11-də həbs edilib. MTN əməkdaşları onu Lahıcda qayınatasının evində həbs ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG